Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-22,
Seanews
Heyder Eliyev

Gəmiçilik mövzusunda 250 fraqmentdən ibarət “puzzle” hazırlanıb

ASCO uşaqlara yönəlik müxtəlif maraqlı və faydalı layihələr həyata keçirməkdə davam edir. Bu dəfə şirkət azyaşlıları gəmiçilik mövzusuna həsr edilmiş “puzzle” ilə sevindirib.

“Puzzle” 250 fraqmentdən ibarətdir. Onun əsas hissəsini “Qarabağ” gəmisinin təsviri təşkil edir. Bundan başqa, burada dəniz, dənizçi və digər gəmiçilik elementləri də yer alıb.

“Puzzle” 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində məqsəd uşaqların zehni qabiliyyətinin inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı təşkilini təmin etmək, eyni zamanda azyaşlılarda dənizçilik barədə ilkin təəssüratlar yaratmaq və bu sahəyə marağı artırmaqdan ibarətdir.

Qeyd edək ki, sözügedən “puzzle” Dənizkənarı Bulvar ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyinin suvenir mağazasında açıq satışa çıxarılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır