Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-22,
Seanews
Heyder Eliyev

Çində dənizin dibindən 600 illik əşyalar tapılıb

Çinli arxeoloqlar Cənubi Çin dənizinin dibindən Min sülaləsinə (1368-1644) aid 900-dən çox artefakt çıxara biliblər.

Oxu.az xəbər verir ki, bu barədə Çinin Mədəni İrs üzrə Dövlət İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə iki gəminin batdığı akvatoriyada işlər 2023-cü ilin may ayından etibarən aparılır.

1500 metr dərinlikdən çıxarılan əşyalar arasında çini qablar, dulusçuluq və mis sikkələr də var. Bu tapıntılar tarixçilərə 500-600 il əvvəl bu bölgədə ticarətin necə aparıldığına dair daha dolğun təsəvvür yaratmağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır