Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

TTM-in qonağı olan uşaqlar gəmiçiliyin ecazkar dünyası ilə tanış olublar

25 İyun – Dənizçi Günü ərəfəsində balacalar ASCO-nun Təlim Tədris Mərkəzinin (TTM) qonağı olublar.

Bu tədbir uşaqlar üçün məlumat dolu olub. Onlar TTM-in auditoriyaları, buradakı trenajor, üzgüçülük hovuzu və müxtəlif dənizçilik avadanlıqları ilə yaxından tanış olublar.

Həmçinin TTM əməkdaşları kapitanların və dənizçilik sahəsinin digər mütəxəssislərinin işi haqqında uşaqlara ətraflı məlumat veriblər.

Sonda uşaqlara ASCO-nun təşəbbüsü ilə “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanmış “Dənizçilik əlifbası” kitabı hədiyyə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır