Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

ADDA-da Məzun Günü keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Məzun Günü keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov rektor Heydər Əsədov başda olmaqla, bütün professor və müəllim heyəti adından məzunları təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. O qeyd edib ki, ADDA-nın məzunları ASCO-nun əsas kadr sütunu sayılır. Məhz ASCO-ya işə qəbul zamanı Akademiyanı bitirənlərə üstünlük verilir: “Hazırda Xəzərdə, eləcə də xarici sularda üzən ASCO gəmilərinin heyət üzvləri arasında bir zamanlar ADDA-da təhsil almış mütəxəssislər çoxluq təşkil edir. Bu gün məzun olanlar üçün də gələcəkdə həmin gəmilərdə işləmək imkanı var”.

Daha sonra Akademiyanın buliki məzunu, “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş Məhəmməd Cavadzadə çıxış edib. O, burada yaradılan şəraitə görə tələbələr adından həm ADDA rəhbərliyinə, həm də müəllimlərə təşəkkür edib. M. Cavadzadə tələbəliyinin xoş xatirələrini bölüşərək bu illərin unudulmaz olduğunu qeyd edib.

Tədbirdə ADDA-nı fərqlənmə ilə bitirən, eyni zamanda ictimai fəaliyyətləri ilə seçilən tələbə və magistrantlara Tərifnamə təqdim olunub.

Sonda ADDA-nın “Dənizçi” ansamblı bədii hissə ilə çıxış edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır