Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Gəmi-muzeydə Azərbaycanın ilk monumentalçı heykəltəraş qadınına həsr olunmuş sərgi açılıb - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində Azərbaycanın Əməkdar rəssamı və ilk monumentalçı heykəltəraş qadını Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir və sərgi keçirilib.

Əvvəlcə qonaqlar "Münəvvər Rzayeva: Böyük həyatın səhifələri" adlı filmə baxıblar.

Daha sonra çıxış edən ASCO sədrinin müavini Zaur Nağıyev, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, Gəmi-muzeyin direktoru Tural İbrahimov Xalq rəssamları Ömər Eldarov, Səhab Məmmədov və qızı Zemfira Mirqədirova onun zəngin təxəyyülü və yüksək peşəkarlığından, onu digər rəssam və heykəltəraşlardan fərqləndirən xüsusiyyətlərindən danışıblar. Həmçinin qeyd olunub ki, belə tədbir və sərgilər onun əziz xatirəsini yad etməklə yanaşı, yaradıcılığına marağı artırmaq və daha geniş auditoriyada yayılmasına təkan vermək baxımından olduqca əhəmiyyətlidir.

Çıxışlardan sonra tədbir iştirakçıları Münəvvər Rzayevanın yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Qeyd edək ki, psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb. O, 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Mikayıl Müşfiq, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Nazim Hikmət, Sergey Yesenin və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.

Münəvvər Rzayevanın son əsəri isə Ulu Öndər Heydər Əliyevin tuncdan olan barelyefidir. Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilib.

Onu da əlavə edək ki, sərgi bu ilin sonunadək ziyarətçilər üçün açıq olacaq. Münəvvər Rzayevanın yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs "Suraxanı" gəmi-muzeyini ziyarət edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır