Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dünya limanlarındakı tıxacları son 18 ayın ən yüksək həddinə çatıb

Dünya limanlarındakı tıxacları son 18 ayın ən yüksək həddinə çatıb.

“Seanews.az” “Linerlytica” analitik şirkətinə istinadən xəbər verir ki, lövbərdə duran gəmilərin 60%-i Asiya limanlarının payına düşür. İyunun ortalarına olan məlumata görə, körpülərdə ümumi tutumu 2,4 milyon TEU-dan çox olan gəmilər olub.

Sinqapurun konteyner limanında tıxac COVID-19 pandemiyasından bəri ən yüksək səviyyəyə çatıb. 2024-cü ilin yanvar-may aylarında Sinqapurda yüklərin aşırılmasında 22% azalma qeydə alınıb və tıxaclar limanın məhsuldarlığına mənfi təsir edib.

Gərginlik Malayziyanın Klang və Tanjung-Pelepas limanlarına keçib, Çin limanlarında gözləmə müddətləri artıb, Şanxay və Sindaoda isə ən uzun gecikmələr qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır