Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qlobal su cərəyanlarının yavaşlaması dünya okeanındakı dəmir birləşmələrin balansında dəyişikliklərə səbəb olacaq - ARAŞDIRMA

Amerikalı klimatoloqlar müəyyən ediblər ki, qlobal su cərəyanlarının yavaşlaması dünya okeanındakı dəmir birləşmələrin balansında dəyişikliklərə səbəb olacaq və nəticədə onlar daha az karbon qazı udmağa başlayacaqlar. Beləliklə də, atmosferdə karbon qazının yığılması sürətlənəcək.

Oxu.az xəbər verir ki, bu barədə bazar ertəsi Massaçusets Texnologiya İnstitutunun (MİT) mətbuat xidməti məlumat yayıb.

Alimlər okeanlarda qlobal cərəyanların ləngiməsinin fitoplanktonun həyatına, hidrosferdəki qida və karbon balansına necə təsir edəcəyini təhlil edərək bu qənaətə gəliblər.

Belə məlumatları əldə etmək üçün tədqiqatçılar dünya okeanının kompüter modelini tərtib ediblər. Bu modeldə okean və onun səthi arasında suyun hərəkət sürətinin müxtəlif qida maddələrinin mövcudluğuna necə təsir etməsi nəzərə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır