Gələn il Dünya Dənizçilik Günü "Okeanımız – Məsuliyyətimiz – Fürsətimiz" şüarı ilə qeyd olunacaq
Gələn il Dünya Dənizçilik Günü "Okeanımız – Məsuliyyətimiz – Fürsətimiz" şüarı ilə qeyd olunacaq.
“Seanews.az” xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Dəniz Təşkilatının (IMO) 132-ci sessiyasında qəbul edilib.
IMO-nun Baş katibi Arsenio Dominqes bildirib ki, bu mövzunun seçilməsində məqsəd okeanın dünya iqtisadiyyatındakı roluna diqqət çəkməkdir: “Okean milyonlarla insan üçün iş və qida mənbəyi, saysız-hesabsız dəniz canlısının evi və iqlim dəyişikliyinin təsirlərini azaldaraq planetin iqlimini tənzimləyən mühüm amildir.”
Qeyd edək kiŞ Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 10-cu sessiyasının qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il sentyabrın 25-də Dünya Dənizçilik Günü qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır