“Kafkametler” gəmisinin sahilə çıxarılan hissəsinin üzərində araşdırmalar davam etdirilir
Ötən il Qara dənizdə batmış Türkiyə bayraqlı “Kafkametler” gəmisinin sahilə çıxarılan hissəsinin üzərində araşdırmalar davam etdirilir.
“Seanews.az” xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, sözügedən gəmi ötən il noyabrın 19-da dalğaqırana çırpılaraq batıb. Rusiyadan İzmir vilayətinin Əliağa limanına yük daşıyan gəmidə hadisə zamanı 12 heyət üzvü olub. Onlardan 7-si xilas edilib, digərlərinin tapılması istiqamətində işlər isə 235 gündür ki, davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır