Təxminən 150 il əvvəl batmış şərabla dolu gəmi tarixi abidə elan edilib
Ötən əsrin 50-60-cı illərində Oland (İsveç) sahillərində batmış şampan yüklü (təxminən 100 şüşə) gəmi tarixi abidə elan edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Blekinqe vilayətinin regional administrasiyası belə qərara gəlib.
Gəmi dövlət mühafizəsinə götürülüb.
Qanuna görə, 1850-ci ilə qədər batmış gəmilər avtomatik olaraq tarixi abidə statusu alır. Bununla belə, bəzi hallarda sonrakı illərdə batmış gəmilərin qalıqları da toxunulmaz hesab edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır