Sığorta hadisələrinin 95%-i gəmilər açıq dənizdə olanda baş verir
Mexanizmlərin nasazlığı və zədələnməsi səbəbindən ən çox ödənişləri sığorta şirkətləri həyata keçirir. Sığorta hadisələrinin böyük əksəriyyəti (95%) gəmilər limandan çıxdıqdan sonra baş verir. Cəmi 5%-i gəmilərin dayanma vaxtına təsadüf edir.
“Seanews.az” xəbər verir ki, “Soglasie” sığorta şirkətinin mütəxəssisləri 2017-ci ildən bəri şirkət tərəfindən sığortalanmış gəmilərdə baş verən hadisələri təhlil edərək belə qənaətə gəliblər.
Sığorta şirkəti ən çox ödənişləri (ümumi ödənişin 66,2%-i) qəzalar, eləcə də gəmi mexanizmlərinin və avadanlıqlarının zədələnməsi səbəbindən həyata keçirir. Konkret desək, təxminən 55%-i əsas və köməkçi mühərriklərin, 25%-i pərvanələrin və sükan qurğularının zədələnməsi, 10%-i valların nasazlığı və lövbərlərin itməsi, digər 10%-i elektrik mühərriklərinin, anbar qurğularının, qayıqların, qazanların sıradan çıxmasına görə ödənilir.
Gəmilər və ya digər obyektlərlə toqquşmalar bütün itkilərin 18,2%-ni təşkil edir. Üçüncü yeri yanğınlar və gəmilərin saya oturması tutur - hər biri 7,8%.