Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Ay yarımda 89 konteyner gəmisi istismara verilib

İyun və iyulun birinci yarısında dünya üzrə ümumi tutumu 1,2 milyon TEU olan 89 konteyner gəmisi istismara verilib.

“Seanews.az” “Clarksons”-a istinadən xəbər verir ki, bu, 2021-2022-ci illərdə yüksək yükdaşıma tarifləri fonunda rekord ümumi tutuma malik konteyner gəmilərinin sifariş edildiyi pandemiyadan bəri ən yüksək göstəricidir.

İyulun ortalarına qədər konteyner gəmilərinin sifariş kitabçası 6,6 milyon TEU təşkil edib ki, bu da iyunun əvvəlindən 14% artım deməkdir.

2024-cü ilin ikinci rübündə yeni tonajların tədarükü 884 min TEU təşkil edib. Bu, son 10 ildə 325 min TEU olan orta rüblük göstəricini əhəmiyyətli dərəcədə üstələyən ardıcıl beşinci rüblük rekorddur.

Cari ilin ilk 6 ayında konteyner donanmasının tutumu 5,7% artıb. 2024-cü ilin sonuna qədər daşıma qabiliyyətinin 10% və ya 2,9 milyon TEU artacağı proqnozlaşdırılır. 2023-cü ildə donanmanın ümumi tutumu 8% artıb.

Yükdaşıma tariflərinin artması fonunda konteyner gəmilərinin utilizasiyası aşağı templə davam edir. Bu ilin ilk 6 ayında ümumi tutumu 51 min TEU olan 36 konteyner gəmisi ləğv edilib ki, bu da 2023-cü illə müqayisədə 35% və pandemiyadan əvvəlki 10 il ərzində orta göstəricidən 65% azdır.

Təkrar bazar aktiv olaraq qalır. Bu ilin ikinci rübündə ümumi tutumu 313 min TEU olan 71 konteyner gəmisi satılıb ki, bu da ötən illə müqayisədə 31% çoxdur. Bu, 2021-ci ilin 3-cü rübündən bəri satış baxımından ən məhsuldar rübdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır