Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

24 mərtəbəli yaşayış binasından hündür platforma sifarişçiyə təhvil verilib

Çəkisi 17 min ton olan nəhəng beynəlxalq dəniz neft və qaz platforması Sindaoda (Şərqi Çinin Şandun əyaləti) 34 aylıq tikintidən sonra sifarişçiyə təhvil verilib.

“Seanews.az”  xəbər verir ki, bu barədə Çinin beynəlxalq xəbər kanalı “CGTN” məlumat yayıb.

Platforma dənizdə hasil edilən neft və qazın toplanması və quruda emal zavodlarına nəqli üçün nəzərdə tutulub. Tikinti 24 milyon ton xam neft və 7,4 milyard kubmetr qaz tutumuna malikdir.

Avqustun sonuna qədər platforma Səudiyyə Ərəbistanı sahillərindən 6400 dəniz mili uzaqlıqdakı quraşdırma yerinə daşınacaq. Platformanın istifadəsi "Mərcan" yatağının tam hasilat gücünə çatdırılmasına - ildə 24 milyon ton neft hasil etməyə imkan verəcək.

Platformanın ölçüsünə (24 mərtəbəli yaşayış binasından hündür platformanın göyərtəsinin sahəsi 15 standart basketbol meydançasına bərabərdir), boru sisteminin növünə və mürəkkəbliyinə görə oxşar beynəlxalq strukturlar arasında tayı yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır