Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

Təkrar bazarda balkerlər rekord qiymətə satılır

Təkrar bazarda balkerlərin satışı bu ilin sonuna qədər rekord səviyyəyə çatacağını vəd edir.

Bu barədə “Seanews.az” “Clarksons Research”-in sonuncu hesabatına istinadən xəbər verir.

Hazırda ümumi dedveyti 40,3 milyon ton olan 542 gəmi artıq sahiblərini dəyişib ki, bu da bir il əvvəlkindən 17% çoxdur və ilin sonuna qədər təkrar bazarda satışlar 2021-ci ilin rekord səviyyəini keçəcək.

Eyni zamanda, “Clarksons” təkrar bazarda rekord qiymət səviyyəsini də qeyd edir: onların məlumatlarına görə, 10 yaşlı “Capesize” və ya VLCC üçün indi 5 il əvvəl  5 yaşı olan gəminin satışından qazandığınızdan çox qazana bilərsiniz.

2019-cu ildə 5 yaşında 71 milyon dollara alınan VLCC indi - 10 yaşında 85 milyon dollara satmaq mümkündür. Və ya 2019-cu ilin iyul ayında 37,5 milyona dollara alınan “Capesize” indi 45 milyon dolara satmaq olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır