Gəmiçilikdə neft məhsullarından 2050-ci ilə qədər istifadə olunacaq
Gəmiçilikdə neft məhsullarından 2050-ci ilə qədər istifadə olunacaq.
“Seanews.az” xəbər verir ki, bu proqnoz “ExxonMobil” tərəfindən hazırlanan neftin iqtisadiyyatda istifadəsi perspektivlərinin icmalında yer alıb.
“Dünya neftinin böyük hissəsi istehsal və kimya istehsalı kimi sənaye proseslərində, habelə dəniz, yük və aviasiya kimi ağır yük daşımalarında istifadə olunur və istifadə olunacaq. Bu xidmətlər müasir həyat üçün vacibdir və həmçinin inkişaf etməkdə olan ölkələrdə gələcək iqtisadi artıma töhfə verir”, - icmalda deyilir.
İcmal həmçinin iddia edir ki, 2035-ci ildə qlobal miqyasda satılacaq hər yeni avtomobil elektrik avtomobili olsa belə, 2050-ci ilə qədər neftə tələbat yenə də 2010-cu il səviyyəsində - gündə təxminən 85 milyon barel olacaq.
Yada salaq ki, Beynəlxalq Dəniz Təşkilatı (IMO) 2050-ci ilə qədər gəmiçilikdə ətraf mühitə tullantıların ləğv edilməsini qarşısına məqsəd qoyub. Buna nail olmaq üçün gəmi yanacağı kimi məsələn, ammonyak, hidrogen, metanol, bioyanacaq və s.-dən istifadə edilməsi təklif olunur.