Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Qarabağ” Ro-Ro gəmisinin adı dəyişdirilərək “Mingəçevir” adlandırılıb

 ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus Ro-Ro tipli “Qarabağ” gəmisi bundan sonra “Mingəçevir” adı ilə üzəcək.

Gəmi yenə də Xəzər dənizində Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində yük və sərnişin daşıyacaq.

Uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 knot olan gəminin tam yükgötürmə qabiliyyəti 5 985 tondur.

"Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.

Qeyd edək ki, Azərbaycan Bayrağı altında dünya sularında üzən "Aframax" tipli tankerlərdən biri məhz doğma Qarabağımızın şərəfinə adlandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır