Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“DNV” təsnifat cəmiyyəti “yaşıl keçidi”n daşıma xərclərini iki dəfə artıra biləcəyini ehtimal edir

Gələn həftə baş tutacaq dünyanın ən böyük gəmiçilik sərgisi olan “SMM” ərəfəsində “DNV” təsnifat cəmiyyəti “2050-ci ilə qədər Dəniz Proqnozu”nu dərc edib.

Bu barədə “Seanews.az” ”Splash247”-yə istinadən xəbər verir.

72 səhifəlik hesabatda vurğulanır ki, istənilən halda sənayenin karbonsızlaşdırılması böyük xərclərə səbəb olacaq. “DNV”  nəqliyyat xərclərinin balkerlər üçün 69-75%, tankerlər üçün 70-86% və konteyner gəmiləri üçün 91-112% artacağını ehtimal edir.

“2050-ci ilə qədər Dəniz Proqnozu”nun aparıcı müəllifi Eirik Ovrum bildirib ki, “Bizim son təhlillərimiz göstərir ki, daşınmanın karbonsızlaşdırılması konteynerləşdirilmiş yüklərin daşınması xərclərini iki dəfə artıra bilər. Nəticədə, artan daşıma xərcləri dəyər zəncirindən aşağı salınmalı olacaq və bu xərcləri son istifadəçilərin çiyninə yükləmək üçün bazarda artıq tendensiyalar var."

“DNV” proqnozlaşdırır ki, 2030-cu ilə qədər IMO-nun “yaşıl keçid” hədəflərinə çatmaq üçün gəmiçilik 7 ilə 48 milyon ton arasında karbon-neytral yanacağa ehtiyac duyacaq. 2030-cu ilədək karbon-neytral yanacaqların qlobal istehsalı 44-63 milyon tona çatacaq, bu isə  emissiyaların 20% azaldılmasına nail olmağı demək olar ki, mümkünsüz olmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır