Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ABŞ Konqresinin Komissiyası Çində istehsal edilən kranlarda “casusluq qabiliyyəti axtarır”

ABŞ Konqresinin xüsusi komissiyası araşdırmanın nəticələrinə istinadən belə nəticəyə gəlib ki, ölkənin limanlarında istifadə edilən Çin kranları, xüsusən də “ZPMC” istehsalı olan kranlar, ABŞ-nin yükaşırma mərkəzlərində “casusluq” edə bilər. Guya kranlar belə məqsədlər üçün həssas texnologiya ilə təchiz olunub.  

Bu barədə “Seanews.az” “Wall Street Journal”-a istinadən xəbər verir.

“ABŞ-nin bütün dəniz limanlarında istifadə edilən Çin yük kranları elə texnologiya ilə təchiz olunub ki, həmin texnologiya Pekinə gizli şəkildə avadanlıqlara giriş əldə etməyə imkan verə bilər”, –  nəşr yazır.

Konqresin araşdırmasına görə, kran istehsalçısı “ZPMC” şirkəti vaxtaşırı liman operatorlarına uzaqdan girişi təmin etmək üçün “təzyiq” edib və Qərb sahilində yerləşən liman kranlarına uzaqdan giriş tələb etməkdə xüsusi maraq göstərib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır