Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Titanik” gəmisini inşa edən gəmiqayırma şirkəti müflis olub

Böyük Britaniyanın ən böyük gəmiqayırma şirkətlərindən biri olan “Harland & Wolff” müflis olub.

“Seanews.az” xəbər verir ki, “Harland & Wolff” şirkəti 1861-ci ildə yaradılıb. “Titanik” gəmisi şirkətin Belfastdakı əsas gəmiqayırma zavodunda tikilib.

Eyni zamanda, şirkət rəhbərliyi alıcı axtarışlarını davam etdirir.

“Kommersant” xarici KİV-ə istinadən yazır ki, mümkün alıcılar arasında İspaniyanın “Navantia” gəmiqayırma şirkəti də var.

Son illərdə “Harland & Wolff”, ilk növbədə Asiya gəmi inşaatçılarının artan rəqabəti səbəbindən çətin dövrlər yaşadı. Beş il əvvəl o, artıq xarici idarəetmə altında idi, lakin sonra “InfraStrata” enerji şirkəti tərəfindən alındı.

“Harland & Wolff” keçən ili 24,7 milyon funt sterlinq (33 milyon dollar), əvvəlki ili isə 58,5 milyon funt sterlinq (77 milyon dollar) zərərlə başa vurmuşdu. Cari ilin iyul ayına olan məlumata görə, şirkətdə 1,6 min işçi çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır