Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“MOL”-un kosmik layihəsi

“Mitsui O.S.K. Lines, Ltd. -nın (“MOL”) törəmə şirkəti “MOL PLUS” “Innovative Space Carrier Inc”-ə (“ISC”) investisiya etmək niyyətini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, “ISC” innovativ kosmik nəqliyyat sistemləri üçün kommersiyalaşdırma imkanlarını planlaşdırmaq və araşdırmaq üçün yaradılmış startapdır.

“ISC” hazırda peyklərin buraxılması üçün təkrar istifadə edilə bilən raketlər hazırlayır və gələcəkdə pilotlu nəqliyyat vasitələri və bu cür nəqliyyat vasitələrinin (kosmik limanların) buraxılması üçün infrastrukturdan istifadə etməklə kosmosda nəqliyyat xidmətləri seqmentinə daxil olmağı planlaşdırır.

“MOL PLUS” şirkəti “ISC”-in biznes fəlsəfəsini bölüşür və layihənin maliyyələşdirilməsində iştirak etməkdən məmnundur. “MOL” artıq “ISC” tərəfindən təşkil edilən növbəti nəsil kosmodromların tədqiqi üzrə işçi qrupunda iştirak edib”, - “MOL PLUS”-un bəyanatında deyilir.

Gələcəkdə “MOL Group” “ISC” ilə əməkdaşlıqda təkrar istifadə oluna bilən raketlərin buraxılması və qəbulu üçün dəniz infrastrukturunun inkişafı layihəsi də daxil olmaqla, kosmik komponentlə nəqliyyat/logistika/dəniz daşımaları sahəsində yeni müəssisələrin yaradılması üzrə səyləri gücləndirmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır