Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Ambal” gəmi-bərəsi Afrika şiri Tiqranı Kalininqrada çatdırıb

“Ambal” gəmi-bərəsi Kalininqrad zooparkının yeni sakini olacaq Afrika şiri Tiqranı Kalininqrada çatdırıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Oboronlogistics”-in mətbuat xidmətindən bildirilib.

Sirk şirləri və pələngləri “Ambal” bərəsinin daimi sakinləridir, lakin Tiqran gəmi ilə səfərindən əvvəl də məşhur olub. Anapada küçə fotoqraflarından müsadirə olunduqdan sonra şəxsi zooparkda yaşayıb və himayədarlıq üçün Belqorod vilayətindəki Starıy Oskol zooparkına köçürülüb. İndi Tiqranın Kalininqradda əsl evi olacaq, dişi şir Leya da onu gözləyir.

Şir üstü örtülü vaqonda iki müşahidəçi ilə daşınıb. Səyahət zamanı əhval-ruhiyyəsi yaxşı olub.

Ust-Luga - Baltiysk xəttindəki bərələr Rusiyanın aqrar-sənaye müəssisələrinin, qoruqların və təsərrüfatların xeyrinə müntəzəm olaraq qapalı göyərtələrdə heyvanları daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır