Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

”Hoegh LNG Holdings” adını dəyişir

Mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük təchizatçılarından və üzən LNG terminalları və qaz daşıyıcılarının operatorlarından biri olan ”Hoegh LNG Holdings” adını dəyişərək “Hoegh Evi” qoyacaq və maraq dairəsini böyüdəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Enerji Vektor İnfrastrukturunu ifadə edən “Evi” adı, şirkətin innovativ və təsirli təmiz enerji həllərini əhatə etmək üçün üzən LNG terminallarından kənara çıxan son genişlənməsini əks etdirir. Mayeləşdirilmiş qazın emalı üzrə lider kimi “Hoegh Evi”, LNG-yə əlavə olaraq ammonyak və hidrogen üçün üzən infrastruktur, eləcə də karbon nəqli və saxlanması ilə enerji keçidini sürətləndirəcək”, - şirkətin açıqlamasında deyilir.

“Hoegh Evi” öz müştərilərini əmin edir ki, o, üzən LNG qəbulu infrastrukturunun aparıcı təchizatçısı olaraq qalır. Eyni zamanda, şirkət bu onilliyin sonuna qədər dənizdə ammonyak və hidrogen qəbulu infrastrukturunu, həmçinin karbon tutma və saxlama sistemlərini istismara verəcək.

“Hoegh LNG” mayeləşdirilmiş təbii qazın tədarükünü həyata keçirir və uzunmüddətli müqavilələr əsasında yenidən qazlaşdırma və nəqletmə xidmətləri göstərir. Şirkət üzən FSRU sistemlərinin və qaz daşıyıcılarının böyük bir donanmasına sahibdir. Baş ofisi Bermud adasında yerləşən  şirkətin Norveç, Sinqapur, Böyük Britaniya, ABŞ, Cənubi Koreya, İndoneziya, Litva, Misir, Kolumbiya və Türkiyədə nümayəndəlikləri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır