Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Köhnə balkerlərin qiymətləri 2022-ci ilin ən yüksək səviyyəsinə yaxınlaşır

İstifadə olunmuş balkerlərin qiymətləri 2022-ci ilin ən yüksək səviyyəsinə yaxınlaşır.

“Seanews.az” xəbər verir ki, dəniz analitik şirkəti “Maritime Strategies International”-in icmalında belə deyilir.

Analitiklərin fikrincə, beş yaşlı “Capesize” balkerinin qiyməti 60 milyon dolları, 18 yaşlı balkerin qiyməti isə 20 milyon dolları ötür. 2024-cü ilin əvvəlindən gəmi bazarında qiymətlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 25% yüksək olub.

2024-cü ildə 30 milyon tondan çox yükdaşıma tonajının təhvil verilməsi gözlənilir və sifarişlərin ilin sonuna qədər daha da artmaq ehtimalı var.

Son aylarda yeni gəmilərin inşasında diqqət çəkən cəhət “Capesize” gəmilərinə artan maraqdır. İkinci rübdə 4,4 milyon ton “Capesize” tonajı sifariş edilib ki, bu da birinci rüblə müqayisədə üçdə bir qədər çoxdur. Bu, 2021-ci ilin ikinci rübündən bəri ən yüksək rüblük göstəricidir. Bunun fonunda yeni “Handysize” gəmilərinə maraq azalıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır