Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Moskva Nəqliyyat Muzeyinin əməkdaşları “Suraxanı” gəmi-muzeyində olublar

Moskva Nəqliyyat Muzeyinin Elmi-tədqiqat xidmətinin rəhbəri Nikita Qolovanov və Muzeyin Nəşriyyat xidmətinin rəhbəri Yekaterina Zvorıkina ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Gəmi-muzey və onun unikal ekspozisiyası ilə yaxından tanış olan qonaqlara məlumat verib ki, “Suraxanı” dünyanın ilk tanker-muzeyidir. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən tanker-muzey Prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb.

Qonaqlar muzeyin zallarında tətbiq edilən ən müasir texnoloji həllərlə də yaxından tanış olublar. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Muzeyin icra etdiyi layihə və tədbirlər barədə də qonaqlara ətraflı məlumat verilib və onlar “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə ASCO-nun reallaşdırdığı “Art Plast” layihəsi çərçivəsində hazırlanmış installyasiyalara da baxıblar.

Məlumat verilib ki, bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir. Xanı balığı formasındakı unikal installyasiya isə həm də plastik tullantıların atılması üçün şəhər sakinləri və turistlərin ixtiyarına veriləcək, burada toplanan tullantılar mütəmadi olaraq təkrar emala göndəriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır