Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

2024-cü ildə bəzi işlənmiş gəmilərin qiyməti çox ola bilər

Bəzi işlənmiş gəmilərin qiyməti 2024-cü ildə daha baha ola bilər. İstifadə olunmuş gəmilərin bahalaşması tələbin yüksək olması ilə bağlıdır.

“Seanews.az” xəbər verir ki, bu barədə məlumat “DNV” təsnifat cəmiyyətinin təqdimatında yer alıb. 

Belə vəziyyət həm də gəmilərin hərəkət  sürətinin artmasına səbəb olur, çünki operatorlar donanmanın istismarında qısamüddətli gəlirlərini maksimum dərəcədə artırmağa çalışırlar.

Xüsusilə, tanker sektoru yüksək gəlirli olaraq qalır və “DNV” təsnifat cəmiyyəti analitiklərinin fikrincə, tankerlərə investisiya qoymaq ağıllı strategiyadır.

“Maritime Strategies International” dəniz analitik şirkəti bildirir ki, 5 yaşlı “Capesize” balkerinin qiyməti hazırda 60 milyon dollardan, 18 yaşlı quru yük gəmisinin qiyməti isə 20 milyon dollardan az deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır