2026-cı ilə qədər LNG donanmasına 160 yeni gəmi əlavə olunacaq
2024-cü ilin sonuna qədər maye qazın daşınması üçün tanker donanmasına 66 yeni gəmi əlavə olunacaq. 2025-ci ildə isə daha 94 qaz daşıyıcısının istifadəyə verilməsi planlaşdırılır.
“Seanews.az” “Drewry”-nin araşdırmasına istinadən xəbər verir ki, dünya donanması belə gəmilərə tələbatın azalması fonunda artır.
LNG donanmasının tonajının artması təbii qazın mayeləşdirməsi həcmini üstələyəcək və bu, 2025-ci ildə köhnə qaz daşıyıcılarının utilizasiyasının artmasına səbəb olacaq.
Yenidən balanslaşmanın 2026-cı ildən sonra baş verəcəyi ehtimal edilir.
Qeyd edək ki, 2024-cü ilin üçüncü rübündə dünya üzrə ümumi mayeləşdirilmiş təbii qaz tədarükünün 24%-i ABŞ-ın payına düşür, Avstraliya və Qətərin payı isə müvafiq olaraq 22% və 21% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır