Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının 11 illiyinə həsr edilmiş spartakiadaya yekun vurulub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 11 illiyinə həsr edilmiş IV spartakiada keçirilib.

Üç gün davam edən spartakiada ərzində üzgüçülük, nərd, stolüstü tennis, dama və basketbol üzrə yarışlar təşkil olunub.

Yarışlarda ASCO və struktur idarələrdən olan 7 komanda iştirak edib. Gərgin mübarizə şəraitində baş tutan oyunlarda Xəzər Dəniz Neft Donanması, “Bibiheybət” Gəmi Təmiri Zavodu və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandaları xüsusilə fəqləniblər. BGTZ ilk dəfə 65 xalla spartakiadanın qalibi olub. İkinci yeri 61 xalla XDND, üçüncü yeri isə 53 xalla ZGTTZ tutub.

Yekunda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən spartakiadanın məqsədi əməkdaşlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək, fiziki tərbiyə ilə məşğul olmaq üçün dəniz nəqliyyatı işçilərinə şərait yaratmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərinin müəyyənləşdirməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır