Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-15,
Seanews
Heyder Eliyev

Çin limanda təhlükəli yüklərin aşırılması qaydalarını sərtləşdirir

Çinin Dəniz Təhlükəsizliyi İdarəsi Ninbo limanından ixrac, idxal və ya tranzitlə keçən təhlükəli yüklərin daşınması ilə bağlı qaydaları yeniləyib.

“Seanews.az” xəbər verir ki, son təlimatlara uyğun olaraq, idxal, ixrac və ya tranzit üçün bütün təhlükəli yüklərin Ninbo limanından yedək əməliyyatları zamanı təhlükəli yük bəyannaməsi və yük üçün təhlükəsizlik sənədinin təqdim edilməsi məcburidir.

Daşıyıcılar və digər maraqlı şəxslər yükün çatma vaxtından 72 saat əvvəl bütün tələb olunan sənədləri təqdim etməlidirlər. Qaydalara əməl edilmədikdə, yük gecikdirilə və ya yönləndirilə bilər, ona görə də məlumat və sənədlər vaxtında ötürülməlidir.

Tədbirlərin sərtləşdirilməsinə Ninbo limanında “Yang Ming” şirkətinin "YM Mobility" konteyner gəmisinin göyərtəsində təhlükəli yük olan konteynerin partlaması ilə bağlı artan narahatlıq səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır