Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-15,
Seanews
Heyder Eliyev

Dünya konteyner donanması 6699 gəmidən ibarətdir

Bu ilin 9 ayında dünyada ümumi tutumu 2,5 milyon TEU olan 410 konteyner gəmisi istismara verilib, halbuki bir il əvvəl istismara verilmiş donanmanın tutumu 2,3 ​​milyon TEU idi.

“Seanews.az” BIMCO məlumatlarına istinadən xəbər verir ki, köhnə konteyner gəmilərinin utilizasiyası göstəricisi aşağı qaldığından, 2024-cü ildə yeni gəmilərin təhvil verilməsi konteyner donanmasının tutumunu 2,4 milyon TEU və ya 8,7% artırıb.

Hazırda dünya konteyner donanması ümumi tutumu 30,4 milyon TEU olan 6699 gəmidən ibarətdir.

2020-ci ilin əvvəlindən tədarük həcmi 32% artıb. Bu müddət ərzində ümumi tutumu 7,8 milyon TEU olan konteyner gəmiləri istismara verilib və bu, istənilən beşillik dövr üçün maksimum göstəricidir.

2024-cü il üçün müqavilələrin həcmi ötən ilin sifariş portfelini iki dəfə üstələyir. Dünya üzrə ümumi tutumu 3,3 milyon TEU olan 286 konteyner gəmisi sifariş edilib.  

Qeyd edək ki, cari ilin sonuna qədər sifarişçilərə daha 500 min TEU-nun təhvil verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır