Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-16,
Seanews
Heyder Eliyev

ABŞ-nin buzqıran gəmisi Şimal Buzlu okeanında sualtı vulkan aşkar edib

ABŞ-nin Sahil Mühafizəsinin yeganə buzqıran gəmisi “Healy”nin heyəti “Arctic Fall 2024” elmi-tədqiqat qrupu ilə Alyaska sahillərində “vulkana bənzər obyekt” aşkar edib.

“Seanews.az” xəbər verir ki, kəşf Alyaskanın şimal və qərb sahillərinin tədqiq edilməmiş sularının tədqiqatının birinci mərhələsində olunub.

Tədqiqatlar ABŞ Milli Elm Fondu (NSF), Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) və Nyu-Hempşir Universitetindən olan tərəfdaşlarla birgə həyata keçirilir.

Aşkar edilmiş sualtı obyekt təxminən 1600 metr dərinlikdə yerləşir və okeanın dibindən 500 metr yüksəkliyə qalxır.

Sonrakı araşdırmalar obyektdən yüksələn qaz izlərini aşkara çıxarıb.

Komanda naviqasiya üçün heç bir riskin olmadığına əmindir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır