“MOL” 2025-ci ilin əvvəlində balkerlərin yükdaşıma tariflərinin düşəcəyini ehtimal edir
Yaponiyanın gəmiçilik qrupu “MOL” 2025-ci ilin əvvəlində balkerlərin yükdaşıma tariflərinin düşəcəyini ehtimal edir.
2024-cü ilin oktyabr ayında dünyada toplu daşıyıcılar üçün spot yük tarifləri “Handysize” balkerləri istisna olmaqla azalıb.
“MOL” gəmiçilik qrupunun “Clarkson Research”-in məlumatlarına istinadən hazırladığı icmalda belə deyilir.
Beləliklə, “Capesize” toplu daşıyıcıları üçün 2024-cü ilin oktyabr ayında orta spot məzənnə gündəlik 20,9 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 25% və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18% aşağıdır.
“Panamax” balkerləri üçün orta spot məzənnə hesabat ayında azalaraq gündəlik 11,87 min dollar təşkil edib. Başqa sözlə, əvvəlki ayla müqayisədə 7%, bir il əvvəlki ilə müqayisədə isə 18% azalıb.
“Supramax” balkerləri üçün orta spot məzənnə bir ay əvvəlki ilə müqayisədə 2,6% azalaraq gündəlik 13,77 min dollar təşkil edib ki, bu da eyni zamanda ötən ilin müvafiq ayı ilə müqayisədə 0,5% yüksək olub.