Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

2024-cü ildə 362 yeni konteyner gəmisi istismara verilib

Yeni konteyner gəmiləri üçün sifarişlər illik müqayisədə 52% artıb.

“Seanews.az” “VesselsValue”-nin son hesabatına istinadən xəbər verir ki,  2024-cü ildə konteyner gəmilərinin tikintisi ilə bağlı 254 sifariş verilib. 2023-cü ilin eyni dövrü üçün bu rəqəm 167 olub.

2024-cü ildə 362 yeni konteyner gəmisi bazara daxil olub. Hesabatda ilin sonunadək daha 169 gəminin təhvil veriləcəyi iddia edilir.

Konteyner gəmilərinin utilizasiyasının həcmi aşağıdır: 2024-cü ildə 48 konteyner gəmisi metal qırıntısı kimi doğranmaq üçün göndərilib ki, bu da əvvəlki ilə nisbətən təxminən 45% azdır.

Tədqiqat nəticəsində məlum olub ki, əlverişli bazar şəraiti yükdaşıma tariflərinin artmasında əks olunub. Beləliklə, iyul ayından etibarən “Panamax” gəmiləri üçün çarter tarifləri gündəlik təxminən 72 min ABŞ dolları təşkil edib ki, bu da tariflərin gündəlik 36 min ABŞ dollarına çatdığı keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır