Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“CMA CGM”, “Maersk” və “COSCO Shipping Lines” liderlik uğrunda yarışır

“CMA CGM”, “Maersk” və “COSCO Shipping Lines” trans-Sakit okean ticarətində liderlik uğrunda yarışır.

“Seanews.az” bu barədə“Alphaliner”-ə istinadən xəbər verir.

“CMA CGM” trans-Sakit okean ticarətində liderliyi “Maersk”-dən alıb. Hazırda “CMA CGM”-nin payı 13,2%, “Maersk”-in payı isə 13,1% təşkil edir. “COSCO” 12,9% payla onların arxasınca gedir.

“CMA CGM” və “Maersk”-in üstünlüyü onların müvafiq olaraq “APL” və “Sealand”-ı əldə etmələri ilə izah olunur.

“CMA CGM” və “COSCO” şirkətləri “OCEAN Alliance”-nin üzvləridir və onların tayvanlı tərəfdaşı “Evergreen Marine” 11% payla trans-Sakit okean bazarında beşinci yerdədir.

Bu il “Evergreen” trans-Sakit okean marşrutu üzrə yeni 15 000 tonluq gəmilər yerləşdirib. Beləliklə, “OCEAN Alliance” koalisiyasının ümumi payı noyabra 36,7% təşkil edib.

Dünya üzrə lider “MSC” gəmiçilik şirkəti bu bazarda 8,2% payla yalnız altıncı yerdədir. 2023-cü ilin noyabr ayı ilə müqayisədə xətt trans-Sakit okean ticarətində daşıma qabiliyyətini 20% azaldıb.

Faiz baxımından “Wan Hai Lines” transpasifik bazarda ən çox artıma malikdir - demək olar ki, 40%. Tayvan daşıyıcısı bu marşrutda 13 min tonluq yeni gəmilər yerləşdirib və “AA1” xidmətinin bir hissəsi olaraq əlavə səfərlər həyata keçirir. Noyabr ayına olan məlumata görə, “Wan Hai Lines”-in trans-Sakit okean bazarındakı payı 3,1% təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır