2024-cü ilin noyabr ayında balkerlər üzrə tariflər bütün seqmentlərdə azalıb
2024-cü ilin noyabrında dünyada balkerlər üçün spot yükdaşıma tarifləri bütün seqmentlər üzrə aşağı düşüb.
“Seanews.az” xəbər verir ki, “Capesize” ölçülü balkerlər üçün 2024-cü ilin noyabrında orta spot məzənnə gündəlik 20 899 dollar təşkil edib. Bu da əvvəlki ayda qeyd alınan məzənnədən bir qədər aşağı (-0,02%) və 2023-cü ilin noyabr ayı ilə müqayisədə 13% azdır.
“Panamax” ölçülü balkerlər üçün məzənnə gündəlik 10,3 min dollaradək azalıb. Bu, əvvəlki ayla müqayisədə 13,2%, bir il əvvəlki ilə müqayisədə 44,8% azalma deməkdir.
“Supramax” ölçülü balkerlər üçün orta spot məzənnə oktyabr ayı ilə müqayisədə 19,3% azalaraq gündəlik 11,11 min dollar təşkil edib. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 31,15% azdır.
Noyabrda “Handysize” ölçülü balkerlər üçün orta spot məzənnə oktyabr ayı ilə müqayisədə 4,8% azalaraq gündəlik 12,35 min dollara düşüb. 2023-cü ilin noyabr ayı ilə müqayisədə artım 8,3% təşkil edib.
Qeyd edək ki, “Capesize” ölçülü balkerlər əsasən dəmir filizi (daşımaların 80%-i), “Panamax” ölçülü balkerlər əsasən kömür (50%) və taxıl daşıyır. Daha kiçik ölçülü balkerlər taxıl, kömür, polad, gübrə, odun... daşınmasında ixtisaslaşır.