Dumyat limanında dəniz gəmilərinin təkrar emalı müəssisəsi yaradılacaq
Misirin dövlətə məxsus Dəniz və Quru Nəqliyyatı üzrə Holdinqi (“HCMLT”) və yerli şirkəti “Al-Wahda Industrial Development Company” dəniz gəmilərinin sökülməsi və təkrar emalını həyata keçirəcək müəssisə yaratmaq üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, imzalanma mərasimində Misirin Baş nazirinin sənaye inkişafı üzrə müavini, nəqliyyat və sənaye naziri Kamel Əl-Vəzir iştirak edib.
Belə işlərin ilk dəfə həyata keçiriləcəyi qeyd edilir. Müəssisə uzunluğu 400 metrə qədər və yükgötürmə qabiliyyəti 40 min tona qədər olan gəmiləri təkrar emal edə biləcək. Dumyat limanı ərazisindəki müəssisənin sahəsi 200 hektar olacaq.
Nazirin sözlərinə görə, yeni müəssisə ölkənin metallurgiya sənayesinin inkişafına və sənayenin poladla təminatına, iqtisadiyyatın idxal xammaldan asılığının azaldılmasına töhfə verəcək.