Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Çin Yunanıstanı arxada qoydu

Avqust ayında Çin Yunanıstanı ilk dəfə ümumi tonajda arxada qoydu və hələ də reytinqdə liderdir.

Bu barədə “Seanews.az” “Clarksons”-a istinadən xəbər verir.

Çinə məxsus gəmilərin ümumi tonajı 282,9 milyon registr ton, Yunanıstan gəmilərinin ümumi tonajı 254 milyon registr tondur. Eyni zamanda, Çinin 46,7 milyon registr ton, Yunanıstanın isə 35,5 milyon registr ton sifarişi var.

Üçüncü yerdə 183,3 milyon registr tonla Yaponiyadır.

Ondan sonra Cənubi Koreya (70,3 milyon registr ton) və Norveç (66,5 milyon registr ton) gəlir.

Bu il Çin sahibkarları 496 işlənmiş gəmi alıblar.

2000-ci illərin əvvəllərində Çinin ticarət donanması bütün dünya donanmasının təxminən iyirmidə birini, indi isə yeddidə birini təşkil edir. Son 10 ildə Çinin ticarət donanmasının ümumi tonajı iki dəfədən çox artıb.

Çin təkcə gəmiçilikdə deyil, həm də gəmiqayırmada liderdir. Çinlilər Cənubi Koreyanı qabaqlayıb sənayedə dominantlıq etdilər. Son onillikdə ÇXR gəmilər üçün mühüm maliyyə mənbəyinə çevrilib”, – “Splash” yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır