Təqaüdə çıxan gəmi təmirçiləri ilə görüş keçirilib
ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib.
ZGTTZ-nin direktoru Rəfail Mikayılov uzun illər ərzində Zavodda çalışmış əməkdaşlara təşəkkür edərək, onların gəmi təmiri sahəsinin inkişafına verdikləri töhfələrin əvəzsiz olduğunu bildirib. O, həmçinin, bu əməkdaşların doğma kollektivlə daimi dostluq əlaqələrini qoruyub-saxlayacağına əminliyini ifadə edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Görüşdə bildirilib ki, təqaüdə çıxan təmirçilərin qazandıqları təcrübə gənc əməkdaşlar üçün böyük nümunədir.
Təqaüdə çıxan əməkdaşlar göstərilən diqqətə və fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib, burada qazandıqları təcrübə və dostluqların özləri üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.