Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmiqayırmada üstünlüyünü əldən verir

2024-cü ildə Cənubi Koreyanın gəmiqayırma bazarındakı payı 20%-dən az olacaq.

“Seanews.az” “Clarksons Research”-in proqnozuna istinadən bildirir ki, bazar payının itirilməsi gəmiqayırma qabiliyyətini sürətlə artıran və daha yüksək dəyərli gəmiqayırma seqmentlərində iştirakını genişləndirən Çinin rəqabəti fonunda baş verir.

2018-ci ildə Koreya gəmi istehsalçıları bazarda üstünlük təşkil edirdilər. Qlobal tənəzzüldən sonra, onların payı rekord həddə çatdı: 44%. Bu müddətdə bir çox Çin tərsanəsi müflis oldu.

“Son vaxtlara qədər Koreya gəmiqayırma sənayesi 30% paya sahib idi və Çini tamamilə qabaqlayırdı. İndi isə o, tənəzzül yaşayır. 20% payla 2016-cı ildən bəri ən aşağı səviyyə olacaq. Hazırda Cənubi Koreyanın qlobal sifariş payı 18%, Çinin payı isə 69%-dir. 2016-cı ildə böhran zamanı Koreyanın qlobal sifariş portfelindəki payı 15,5% təşkil edib”, - nəşr yazır.

Koreya tərsanələri ümumi tutumu 1 milyon CGT (kompensasiya edilmiş ümumi tonaj) olan gəmilərin inşası üçün müqavilə bağlayırlar.

Noyabrın sonunda Koreyanın “HD Hyundai” gəmiqayırma zavodu illik 13,5 milyard dollarlıq hədəfini 152% yerinə yetirdiyini bildirib. “Korea Shipbuilding & Offshore Engineering” (“HD Hyundai”-ya daxildir) ümumi dəyəri 20,5 milyard dollardan çox olan 181 gəmi tikmək üçün sifarişlər alıb.

Sifarişlərin əksəriyyəti qaz daşıyıcılarının tikintisi ilə bağlıdır, sifariş portfelində ikinci yeri konteyner gəmiləri tutur, bundan başqa, bir neçə tanker də sifariş olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır