Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-02,
Seanews
Heyder Eliyev

“MSC” bazarda mövcud tonajın olmamasında günahlandırılır

2020-ci ildən bəri “MSC” qlobal konteyner donanmasının 17%-dən çoxunu təşkil edən 420 gəmi alıb.

Bu barədə “Seanews.az” “Linerlytica”-nın son hesabatına istinadən xəbər verir.

Keçən ay daşıyıcı daha üç konteyner gəmisi - 5,1 min TEU tutumlu “Shina” və 5 min TEU tutumlu “CSL Manhattan” (hər iki gəmi 2005-ci ildə tikilib), həmçinin 2008-ci ildə inşa edilmiş 1,7 min TEU tutumlu “Ludwig Schulte” gəmisi alıb.

“Linerlytica”-nın iddiasına görə, "MSC-nin satınalma və ya icarə yolu ilə çoxlu sayda istismarda olan gəmilərəldə etməsi bu il tarif artımının əsas səbəbidir. Çarter bazarında mövcud daşıma qabiliyyəti çatışmazlığı var.”

“MSC” bu yaxınlarda “Sinokor Merchant Marine”-dən üç ay ərzində gündəlik 90 000 dollara yeni 8000 tonluq “Manzanillo Bridge” gəmisini icarəyə götürüb.

“MB Shipbrokers”-ə görə, “MSC”-də bu yaxınlarda “böyük kirayə əməliyyatında” iştirak edib. Xüsusən, xətt üç il müddətinə 9 min TEU tutumlu iki konteyner gəmisini gündəlik 40 min dollara icarəyə götürüb, həmçinin bir neçə 8 min tonluq üçün çarter müqaviləsini 2026 və 2027-ci ilə qədər uzadıb.

“MB Shipbrokers”, “MSC”-nin hələ öz məqsədinə çatmadığını və ehtimal ki, 2026-cı ildə istifadəyə veriləcək tutumu 7,5 mindən 9,5 min TEU-ya qədər olan 10 konteyner gəmisinin icarəyə götürülməsi üzrə daha bir iri sövdələşmədə iştirak etdiyinə eyham vurur”, – nəşr yazır.

“MB Shipbrokers” yekunlaşdırır: "Bu əməliyyat “MSC”-nin daha böyük gəmilərin çatışmazlığı olduğu bir bazarda özünə mümkün qədər çox tutumu təmin etmək niyyətini bir daha təsdiqləyir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır