Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-01,
Seanews
Heyder Eliyev

Qütb tədqiqatları üçün nəzərdə tutulan gəmi suya salınıb

Çin Dövlət Gəmiqayırma Korporasiyasının “Quançjou” gəmiqayırma zavodu qütb bölgələrində dərin dəniz tədqiqatları üçün inşa edilən “Tanso-3” gəmisini suya buraxıb.

“Seanews.az” bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.

“Tanso-3”-ün köməyi ilə çinli alimlər dünyanın buzlu ərazilərində tədqiqatlar aparacaqlar. Yeni gəmi həm ön, həm də arxa tərəfi ilə buzları qıra bilər.

Gəminin uzunluğu 104 metr, yükgötürmə qabiliyyəti 10 min tondur. Birdəfəlik üzmə məsafəsi 15 min dəniz mili olan gəminin heyəti 80 nəfər nəzərdə tutulub.

Xatırladaq ki, dünyanın ən böyük buz sinifli yük gəmisi bu yaxınlarda Çində sınaqdan keçirilib. 58 min ton yükgötürmə qabiliyyətinə malik “Fan Zhou 8” gəmisi beş günlük sınaqdan sonra dənizə yararlı sayılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır