Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-03,
Seanews
Heyder Eliyev

Dünyada yeni gəmilərin tikintisinə 188 milyard dollar investisiya qoyulub

2024-cü ilin yanvar-noyabr aylarında dünyada yeni gəmilərin tikintisinə 188 milyard dollardan çox sərmayə qoyulub. Sifariş edilən gəmilərin əksəriyyəti 2028-ci ildən sonra istismara veriləcək.

“Seanews.az” “Clarkson Research Services”-ə istinadən xəbər verir ki, dünyanın üçüncü ən böyük gəmi istehsalçısı olan “Samsung Heavy Industries”-in xüsusilə də qaz tankerlərinin tikintisinə yüksək tələbat səbəbindən işi başından aşacaq.

İkinci ən böyük gəmi istehsalçısı “HD Hyundai Heavy Industries” 2024-cü ildə 20,5 milyard dollar dəyərində 181 gəmi üçün sifariş alıb: bu, onun illik hədəf sifariş kitabından 52% çoxdur. Şirkətdə bildiriblər ki, bütün bu müqavilələri tamamlamaq üçün təxminən üç il yarım vaxt lazım olacaq. Bunların dörddə birindən çoxu qaz və ammonyak daşıyıcılarının tikintisi  üçün verilən sifarişlərdir.

Qaz və konteyner daşımaları seqmentində ən böyük gəmilərin hər birinin tikintisi sifarişçilərə 250 milyon dollardan baha başa gələ bilər. Böyük balkerlərin hər birinə isə təxminən 80 milyon dollar xərclənəcək.

Yeni gəmilərə güclü tələbatla bağlı vəziyyət tezliklə dəyişməyəcək. 2025-2026-cı illərdə dəniz ticarət yük daşımalarının da artması gözlənilir.

“Clarkson” bazar araşdırmasına görə, gəmilərinin orta yaşı 17 ildən çox olan donanmalarının modernləşdirilməsinə də kifayət qədər sərmayə qoyulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır