Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-07,
Seanews
Heyder Eliyev

“Titanik”in sərnişinlərini xilas edən gəmi kapitanının saatı 1,97 milyon dollara satılıb

ABŞ-ın zərgərlik riteyleri “Tiffany & Co.” “Titanik” gəmisindən qəza siqnalı alan və sərnişinlərinin köməyinə yetişən “Karpatiya” gəmisinin kapitanı Artur Henri Rostronun saatı üçün rekord məbləğ - 1,97 milyon dollar ödəyib.

AZƏRTAC xəbər verir ki, “Diamond World” saytının məlumatına görə, 1912-ci ildə istehsal olunan və “Karpatiya” gəmisi tərəfindən xilas edilən üç sərnişinin Kapitan Rostrona hədiyyə verdiyi qızıl “Tiffany” saatı Böyük Britaniyanın “Henry Aldridge & Son Ltd” hərracı tərəfindən satılıb.

Əvvəllər “Titanik” gəmisi ilə bağlı ən bahalı əşya həyat yoldaşını qayığa mindirərək özü gəmidə qalan sahibkar Con Ceykob Astora məxsus cib saatı idi. “Titanik”in ən varlı sərnişininin cəsədi üzərində aşkarlanan saat 2024-cü ilin əvvəlində 1,485 milyon dollara satılmışdı.

Qeyd edək ki, Con Ceykob Astorun dul arvadı kapitan Artur Henri Rostrona həmin saatı hədiyyə edən üç sərnişindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır