Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-08,
Seanews
Heyder Eliyev

“Maersk” konteyner daşıma bazarındakı payını azaldır

Yükdaşıma gücü hazırda 6 milyon TEU-dan çox olan “MSC”-nin dünya bazarında payı 20%, “Maersk”-in payı isə 14,4% təşkil edir. Eyni zamanda, dünyanın ən böyük beş konteyner xətti arasında “Maersk” yeni tikililər üçün daha çox sifariş verib.

“Seanews.az” bu barədə “Alphaliner”in məlumatlarına istinadən xəbər verir.

Nəşr yazır: "İki ən böyük konteyner xətti yeni ildən müxtəlif yollarla getməyə hazırlaşır. 2022-ci ilə qədər dünyanın ən böyük konteyner xətləri sıralamasında lider olan “Maersk”, donanma ölçüsünü məhdudlaşdırmaq siyasətinə sadiq qalaraq bazar payını əhəmiyyətli dərəcədə azaldıb və 2030-cu ilə qədər də bunu davam etdirəcək. Daşıyıcı diqqətini logistik inteqrator strategiyasına yönəldir”.

“Maersk” 2030-cu ilin sonuna qədər konteyner donanmasının yükgötürmə qabiliyyətini 4,3 milyon TEU səviyyəsində saxlamağı planlaşdırır. Sifariş olunan gəmilər isə Danimarka şirkətinin daşıma qabiliyyətini artırmayacaq. Donanmaya qoşulan hər bir konteyner gəmisi köhnə gəmini əvəz edəcək.

“MSC”-nin isə 2025-ci ildə daşıma gücü “Maersk” və “Hapag-Lloyd” tərəfindən yaradılan və bu il rəsmən fəaliyyətə başlayacaq “Gemini” alyansının gücünə bərabər olacaq.

“Sea-Intelligence” konsaltinq firması müxtəlif aspektləri nəzərə alaraq ilk 10 xəttin 2026-cı ildə necə görünəcəyini proqnozlaşdırır. Bu proqnoza görə, “MSC” ikinci ən böyük daşıyıcı olan “CMA CGM” ilə tonaj fərqini əhəmiyyətli dərəcədə artıracaq. “Maersk” üçüncü yerdə qərarlaşacaq.

“MSC”-nin daşıma qabiliyyətinin 2026-cı ilin yazına qədər 7 milyon TEU-ya çatacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır