Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-08,
Seanews
Heyder Eliyev

42 balkerin inşası təxminən 2 milyard dollara başa gələcək

Çinin “COSCO Shipping Development” şirkətinin (“COSCO Shipping” şirkətinin bölməsi) 42 yeni balker üçün imzaladığı investisiya, gəmiqayırma və lizinq müqaviləsinin ümumi dəyəri 14,3 milyard yuandan (təxminən 2 milyard dollar) çoxdur.

“Seanews.az”-ın məlumatına görə, bu quru yük gəmilərindən 20-nin tikintisini törəmə “COSCO Shipping Heavy Industry” şirkəti maliyyələşdirəcək.

“CSSC Chengxi” şirkəti isə 22 gəminin inşasına sərmayə qoyacaq.

Beləliklə, hər birinin dedveyti 80 min ton olan 35, hər birinin dedveyti 82 ​​min ton olan 2 gəmi tikiləcək. 5 quru yük gəmisinin hər birinin dedveyti isə 64 min ton olacaq.

Bütün yükdaşıyanlar enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz texnologiyalarla təchiz ediləcək.

Qeyd edək ki, hazırda “COSCO Shipping Development” 140-dan çox gəmiyə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır