Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Üç ildə Saxalin sularından 38 batmış gəmi çıxarılıb

Saxalin vilayətində 2022-ci ildən "Ümumi təmizlik" federal layihəsi həyata keçirilir. Məqsəd su sahəsini batmış gəmilərdən təmizləmək və adalarda ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

“Seanews.az” xəbər verir ki, bu barədə vilayətin Nəqliyyat Nazirliyinin “Teleqram” kanalı məlumat yayıb.

Layihənin birinci ilində Saxalin sularından 4, ikinci ilində 30, 2024-cü ildə isə 38 batmış gəmi çıxarılıb. Ümumilikdə dənizin dibindən 72 gəmi qaldırılıb.

Üç il ərzində 50 min kvadratmetr su sahəsi batmış obyektlərdən təmizlənib. Xolmskda “Xing Yuan” gəmisinin sökülməsi zamanı 440 ton metal qırıntısı zərərsizləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır