Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırması rəqibləri ilə olan fərqi artırır

Çin 2024-cü ildə ümumi tonnajı 46,45 milyon ton olan 1711 gəminin tikintisi üçün sifariş alıb. Bu da dünya üzrə portfelin 71%-ni təşkil edir. Çin dünya gəmiqayırma bazarındakı payını 2023-cü illə müqayisədə 11% artırıb.

“Seanews.az” xəbər verir ki, Çinin bu uğuru ilə müqayisədə Cənubi Koreyanın gəmiqayırma sifarişləri son səkkiz ilin ən aşağı səviyyəsinə düşüb.

Böyük Britaniyada yerləşən gəmiqayırma və gəmiçilik bazarı araşdırma firması olan “Clarkson Research”-ə görə, Cənubi Koreya 2024-cü ildə dünya üzrə sifariş payı 17%, yəni 10,98 milyon CGT və ya 250 gəmi olub. 2023-cü ilin sonuna Cənubi Koreya gəmiqayırma bazarının 20%-nə sahib idi.

2024-cü ildə dünya gəmiqayırma sənayesinin ümumi sifariş kitabı 2023-cü illə müqayisədə 34% artaraq 65,81 milyon CGT (2412 gəmi) təşkil edib. Əvvəllər imzalanmış və davam edən müqavilələr də daxil olmaqla ümumi sifariş kitabçası 157,17 milyon CGT olaraq qiymətləndirilir. Sifariş kitabının 90,78 milyon CGT-si (58%) Çin, 37,87 milyon CGT-si (24%) isə Cənubi Koreyanın payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır