Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

ABŞ-nin yeni təyyarədaşıyan gəmilərinə Klinton və kiçik Buşun adı veriləcək

ABŞ prezidenti Co Bayden vəzifəsinin son həftəsində gələcəkdə tikiləcək “Cerald R. Ford” tipli təyyarədaşıyıcılarına ad verib.

“Seanews.az” “The War Zone”-yə istinadən xəbər verir ki, gəmilərdən birinə ABŞ-nin 42-ci prezidenti Bill Klintonun, ikincinin isə onun varisi kiçik Corc Buşun şərəfinə adlandırılması qərara alınıb.

Nəşr qeyd edir ki, Klinton heç vaxt orduda xidmət etməyib, Buş isə 1968-1973-cü illərdə Texas Milli Hava Qvardiyasında xidmət edib və “F-102 Delta Dagger” döyüş təyyarələrində uçub.

Bu da vurğulanır ki, gəmilərə ad verməklə iş bitmir, onları tikmək, hazırlamaq və Hərbi Dəniz Qüvvələrinə təhvil vermək lazımdır.

“TWZ” yazır ki, yeni sinfin aparıcı gəmisi ciddi gecikmələrə məruz qalır. “USS Gerald R. Ford” 2007-ci maliyyə ilində alınıb, 2017-ci ildə istismara verilib və yalnız 2022-ci ildə nəzərdə tutulmuş məqsəd üçün istifadə olunmağa başlayıb.  Bu günə qədər bu, ABŞ Hərbi Dəniz Qüvvələrində yeni tipli yeganə təyyarədaşıyıcıdır, daha bir neçə gəmi müxtəlif hazırlıq mərhələsindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır