Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-17,
Seanews
Heyder Eliyev

Şanxay limanı konteyner dövriyyəsinə görə liderliyini qoruyub saxlayır

2024-cü ildə Şanxay limanında 51,5 milyon TEU (iyirmi futluq konteynerlər) aşırılıb.

“Seanews.az” liman operatoru “Shanghai International Port Group”-a  istinadən xəbər verir ki, bununla liman ardıcıl 15-ci dəfə konteyner dövriyyəsinə görə dünyada birinci yeri tutur.

Ötən ilin göstəricisi 2023-cü il dövriyyəsini demək olar ki, 5% üstələyib. Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə 19% artıb.

Hazırda Şanxay 200-dən çox ölkənin 700-dən çox limanını birləşdirən 350-yə yaxın beynəlxalq marşruta xidmət göstərir. Yerli gömrük idarəsinin məlumatlarına görə, işlənmiş məhsulların idxal və ixracının gündəlik dəyəri orta hesabla 29,8 milyard yuan (təxminən 4 milyard dollar) və ya saatda təxminən 1,24 milyard yuan təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır