Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-21,
Seanews
Heyder Eliyev

BYD dünyanın ən böyük avtomobil daşıyan gəmisini suya buraxıb

Çinin elektromobil nəhəngi BYD (Build Your Dreams) dördüncü Ro-Ro (roll-on/roll-off) gəmisini istifadəyə verib.

Marja.az xəbər verir ki, 9200 nəqliyyat vasitəsini daşımaq qabiliyyətinə malik gəmi dünyanın ən böyük avtomobil daşıyan gəmisi adını alıb.

2024-cü ildə əvvəlki illə müqayisədə 40% artımla elektromobil satan BYD, qlobal bazarlarda böyük sürətlə genişlənir. Bu satışlara tam elektriklə işləyən avtomobillər (Electric Vehicle-EV) və plug-in hibrid avtomobillər (Plug-in Hybrid Electric Vehicles-PHEV) daxildir. BYD-nin bu uğuru ona Ford, Honda və Nissan kimi bir çox ənənəvi avtomobil nəhənglərini geridə qoymağa imkan verib.

"BYD Shenzen" şirkətin donanmasına qoşulan dördüncü avtomobil daşıyıcı gəmisidir və onun xarici bazarlara ixracını sürətləndirməsi planlaşdırılır. 

Son iki ildə 4 Ro-Ro gəmisi

BYD son iki ildə 4 böyük Ro-Ro gəmisini istismara verməklə xarici bazarlarda effektivliyini artırmağı bacarıb. Birincisi -  "BYD Explorer No. 1" 2024-cü ilin yanvarında istifadəyə verilib və nəqliyyat vasitələrini İspaniya, Almaniya kimi əsas Avropa bazarlarına və Braziliyaya daşıyır. "BYD Changzhou" gəmisi 2024-cü ilin dekabrında istifadəyə verilib. Keçən həftə fəaliyyətə başlayan "BYD Hefei" ilk səfərində 5000 yeni elektromobil daşıyıb.

Bu gəmilərin hər biri təqribən 7000 nəqliyyat vasitəsi daşıma qabiliyyətinə malikdir, "BYD Shenzen" isə bu tutumu 9200 avtomobilə çatdıraraq dünyanın ən böyük avtomobil daşıyan gəmisi olub. BYD 2024-cü ilə qədər Yaponiya, Cənubi Koreya, Avropa, Sinqapur və Tayland kimi bazarlara daha sürətli çıxış təmin edərək bu gəmilərlə ixracını artırmağı hədəfləyir.

ABŞ-da Tesla-nı, Yaponiyada Toyota-nı üstələyir və Hyundai-yə meydan oxuyur

2023-cü ildə 1,77 milyon ədəd elektrik avtomobili istehsal edən BYD, təxminən 4500 ədəd daha çox istehsal ilə Tesla-nı geridə qoyaraq, dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olub. Tesla 2024-cü ildə 1,78 milyon ədəd avtomobil sataraq tam elektrik avtomobil tədarükündə BYD-ni az fərqlə ötüb.

Çin bazarında artan rəqabət və yerli rəqiblərin inkişafı ilə üzləşən BYD yeni xarici bazarlara üz tutub. Yaponiyada Toyota-nı geridə qoyub və 2024-cü ildə ən çox elektrikli avtomobil satan marka olub. Bundan əlavə, Cənubi Koreya bazarına 20 min dollardan başlayan qiymətlərlə daxil olan BYD, Hyundai kimi yerli nəhənglərə meydan oxuyur.

Taylandda Yapon avtomobil istehsalçılarının bazar payı BYD-nin məşhurlaşması ilə 90%-dən 76%-ə ədər azalıb. Bu, BYD-nin bölgədəki təsirinin nə qədər böyük olduğunu ortaya qoyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır