Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

Piratlar daha çox gecələr “işləyir”

Asiyada dəniz quldurluğu və gəmilərə silahlı basqın hadisələri artmaqdadır.

“Seanews.az” xəbər verir ki,  “ReCAAP ISC”-in illik hesabatında belə deyilir.

Beləliklə, 2024-cü ildə 107 insident baş verib ki, bu da 101 hadisənin qeydə alındığı 2023-cü illə müqayisədə 6% çoxdur. 107 insidentdən ikisi açıq dənizdə, 105-i isə sahilyanı dövlətlərin daxili sularında baş verib. Bundan başqa, 107 hadisədən 11-i quldurluğa cəhd kimi qiymətləndirilib.

Keçən il Banqladeş, İndoneziya və Malakka və Sinqapur boğazlarından tranzit keçərkən gəmi heyətlərinin artan sayıqlığı quldurların gəmilərə minməsi arzularını ürəklərində də qoyub. Həmçinin 2023-cü illə müqayisədə Hindistan, Filippin, Tayland və Vyetnamda liman və lövbər dayanacaqlarında insidentlərin sayında azalma müşahidə olunub.

Malakka və Sinqapur boğazları kifayət qədər təhlükəli ərazi olub. Asiyada baş verən hadisələrin təxminən 58%-i (107 hadisədən 62-si) bu boğazlarda baş verib.

Malakka və Sinqapur boğazlarında hadisələrin əksəriyyətində (86%) heyətlər xəsarət almayıb. Bir qayda olaraq, gəmilərə minən cinayətkarlar gəmi ehtiyatlarını, metal qırıntılarını və mühərrik hissələrini oğurlayıblar.

Piratları daha çox - 55 halda balkerlər və tankerlər cəlb edib. Qalan hadisələr yedək barjlarında (6) və ümumi yük gəmisində qeydə alınıb. Maraqlıdır ki, Malakka və Sinqapur boğazlarında 52 hadisə gecə saat 23:00-dan 05:59-a kimi qaranlıq vaxtlarda, qalanları isə gündüz saatlarında baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır